Yuxarı

Qarabağa yüksək status verilə bilər - Rus politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağa dair danışıqlar stolunda yeganə konkret təklif bundan ibarətdir: erməni tərəfi Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır.

Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq Aleksandr Xramçixin erməni portalına müsahibəsində bildirib.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Azərbaycan və Ermənistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir" bəyanatına münasibət bildirən politoloq deyib:

"Mən hələ bilmirəm bu nə təkliflərdir. Ehtimal eləmək çətindir. Bəlkə də bu, elə köhnə təklifin təkrarıdır ki, Ermənistan Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır - nəyə ki, Azərbaycanın razı olacağı aydındır. Ancaq fikrimcə, bu, hansısa yüksək muxtariyyət statusudur, hərgah, heç kim deməyib ki, Bakı hətta aşağı muxtariyyətə də razıdır. Mən təsəvvür edə bilmirəm ki, erməni tərəfi bina könüllü şəkildə razılıq versin".

Rusiyalı ekspertə bəlli olan və güzəştli sayılan yeganə təklif bundan ibarətdir.

"Əslində isə bu təkliflər müxtəlif səbəblərdən nə Azərbaycanı, nə də Ermənistanı qane edir. Başqa təkliflər mənə məlum deyil. Və daha nələrin fikirləşilə biləcəyini tapmaqda mən çətinlik çəkirəm . Dəfələrlə dediyim kimi, tərəflərin məsələdə mövqeyi bir-birini istisna edir" – Xramçixin əlavə edib.

Qeyd edək ki, "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsində Ceyms Uorlik deyib: "Deməliyəm ki, Azərbaycan və Ermınistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir. Əlbəttə ki, bu təkliflərlə bağlı fikir ayrılıqları var. Heç kim tam anlaşma da gözləmirdi. Ancaq hər iki tərəf, daha dəqiqi, iki prezident bu təkliflər üzərində işi davam etdirməyə razılıq verib".

Tarix
2016.06.26 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla