Yuxarı

TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, 10 iyulda TRT-nin efirində Urmiyanın guya kürdlərin şəhəri olması, buradakı kürd mədəniyyəti, ənənələri ilə bağlı veriliş yayımlanıb. Veriliş azərbaycanlıların ciddi etirazı ilə qarşılanıb.

Axar.az xəbər verir ki, etirazın kütləviləşməsi və burada siyasi çalar axtarılması təsadüf deyil. Çünki bir müddətdir kürdlərin Urmiyada yerləşdirilməsi prosesi genişləndirilib və kürdlər bu şəhərə iddialarını ortaya qoyublar. Azərbaycanlılar isə buna dəfələrlə etiraz ediblər və hətta kürdlərin belə bir təşəbbüsünün arxasında İran hakimiyyətinin dayandığını bildiriblər. Güneyli fəalların sözlərinə görə, İran rejimi qəsdən iki xalq arasında konflikt yaratmaq üçün bu ideyanı ortaya atıb və kürdlərdən bu məsələdə sui-istifadə edir.

Urmiyada buna qarşı aksiyalar da keçirilib və “Kürdlər qonağımızdır” şüarları səsləndirilib, seçkilərdə kürdlərin kütləvi şəkildə Urmiyaya gələrək, burada öz namizədlərini seçməsi pislənilib (İran qanunlarına görə, vətəndaş İran ərazisində istənilən məntəqədə səs verə və həmin dairədən deputatlığa namizədi dəstəkləyə bilər – red.)

Bu baxımda TRT-də yayımlanan verilişin təsadüfi olmadığı haqda iddialar səsləndirilir və DAK İH artıq bu məsələyə münasibət bildirərək, olayı pisləyib.

13 iyulda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin TRT telekanalının rəhbərini dəyişdirməsi haqda məlumat yayılıb. Belə ki, qərara əsasən, Mehmet Zahid Sobacı baş direktor təyin edilib, Firudin Yılmaz isə sədr vəzifəsinə gətirilib.

TRT-nin 10 iyulda yaydığı sözügedən verilişdən 3 gün sonra rəhbərlikdə dəyişikik sosial şəbəkələrdə Ərdoğanın ciddi yanlışa yol verən kanal rəhbərliyini cəzalandırması kimi qəbul olunub.

Amma təəssüf ki, hazırda TRT-nin sözügedən verilişi rəsmi Yutub kanalında tirajlanmaqda davam edir. Bu isə o deməkdir ki, əgər TRT rəhbərliyi 10 iyulda gedən verilişə görə cəzalandırılsaydı, onda veriliş də rəsmi yayım platformalarından qaldırılmalı idi.

Hər bir halda qərarın səbəbi və TRT-nin yanlışı ilə bağlı kanala redaksiyamız tərəfindən sorğu verilib.

Tarix
2025.07.14 / 11:58
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh... - Leyen

Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma

Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video

Əliyevlə Paşinyan nədə razılaşdı? - İrəvan söz verdi

Nevzorov: Azərbaycana qarşı ruslar vuruşurdu - Video

Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və...

Qrehem: Kiyevə silah tədarükü rekord həddə çata bilər

Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...

Əbu-Dabi görüşündən kadrarxası görüntülər - Video

Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla