Yuxarı

Suriyada ölən azərbaycanlının adı açıqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyhun Bayramovun bacısının əri olan "Abdul Məcid"in fotosu da yayılıb.

Suriyada öldürülən daha bir azərbaycanlının adı məlum olub.

"Axar.az"ın APA-ya istinadən məlumatına görə, həyata keçirilən araşdırmalar zamanı bir neçə gün əvvəl Suriyada yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Ceyhun Bayramovla birlikdə həlak olan şəxsin onun bacısının əri, "Abdul Məcid" ləqəbli Ağakişiyev Aydın Rais oğlu olduğu müəyyənləşib.

APA A. Ağakişiyevin ölümündən əvvəl çəkilən fotosunu da əldə edib.

Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan bir neçəsinin Sumqayıt sakini olduğu məlum olub.

Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə edilən məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.

Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.

C. Bayramov yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub.

Tarix
2014.04.02 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla