Yuxarı

Bulvarda uşaqlar üçün unudulmaz gün - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda uşaqlar üçün unudulmaz gün - Foto

Bu gün YUNİSEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı Dənizkənarı Bulvarda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gəlin birlikdə oynayaq” adlı əyləncəli tədbir keçirilib.

Tədbirdə Uşaq Paralimpiya Komitəsində fəaliyyət göstərən uşaqlar 3 idman növündə (basketbol, tenis, boccia) bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov tədbirlə bağlı Kult.az-a açıqlamasında bunları deyib:

“Burada uşaq paralimpiyaçılarımız iştirak edirlər. Onlar burada öz bacarıqlarını sakinlərimizə nümayiş etdirirlər. Eyni zamanda biz istəyirik ki, digər fiziki imkanları məhdud uşaqlar da bu prosesə qoşulsunlar”.

Qeyd edək ki, tədbirin sonunda musiqili, əyləncəli proqram nümayiş olunub.

Tarix
2017.06.01 / 17:39
Müəllif
Büllurə, Nərmin
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla