Yuxarı

“Övladıma inək oğlu deyirdilər” - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Övladıma inək oğlu deyirdilər” - Video

Bu gün məşhur türk aktyoru Kamal Sunalın anım günüdür.

Kult.az xatırladır ki, Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. Türk film sənətinin böyük komediya ustası olaraq qəbul edilən Kamal Sunal oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirib. O, oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarakterlər canlandırıb.

Ali təhsilinə Mərmərə Universiteti jurnalistika fakültəsində başlayan Kamal Sunal 82 filmdә rol alıb. İlk baş rolu 1974-cü ildә çəkilən “Salako” filmindә olub. 1999-cu ildә çəkilən “Tәbliğat” filmi isə aktyorun çəkildiyi son filmdir.

Kamal Sunal 1977-ci ildә “Qapıçılar kralı” filmindəki roluna görə “Qızıl Portağal” mükafatına layiq görülüb.

Sevilən və unudulmaz aktyorun həyat yoldaşı Gül Sunal Kamal Sunalla bağlı xatirələrini bölüşərkən bunları deyib:

“Övladlarımıza “İnək oğlu” deyib məzələnirdilər. Evimizin yanında məktəb varıdı, tez-tez Kamalla gedəndə arxamızdan uşaqlar “mö-mö” deyə bağırırdı. Kamal inciməzdi bundan, amma uşaqlar, görünür, özlərini pis hiss edirmişlər. Bir gün Əli məktəbdən gəldi, çantasını yerə atdı və dedi ki, hamısı sənin günahındır. Başa düşmədim. Dedi ki, Cüneyt Arkınla evlənə bilərdin. Ona “Bakkal Qazi” deyirdi. O güclüydü deyə, onunla evlənməyimi istəyirdi”.

Qeyd edək ki, təyyarədə uçmaqdan çox qorxan Kamal Sunal 2000-ci ilin 3 iyulunda məcburəm mindiyi təyyarədə ürək tutmasından dünyasını dəyişib.

Tarix
2017.07.03 / 16:48
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla