Yuxarı

Əməkdar artist əməliyyat olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist əməliyyat olundu

11:22

“Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Aktyor bu dəqiqələrdə Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunmağa hazırlaşır.

İlham Hüseynov əməliyyatdan öncə Yeniçağ.az-a açıqlama verib:

“Artroz xəstəliyindən əziyyət çəkirəm, buna “oynaqda qığırdaq yeyilməsi” xəstəliyi də deyilir. Hər iki çanağımda qığırdağın yeyilməsi prosesi gedir. Əməliyyat hələ ki, sağ çanaq oynağımda aparılacaq. Həkimin dediyinə görə, ağır əməliyyatdır. Əməliyyatdan sonra beş gün xəstəxanada yatmalıyam. Sonra da iki aya yaxın əsa ilə gəzməliyəm. Payızda isə sol çanaq oynağımda ikinci əməliyyat olunmalıdır. Dua edin ki, əməliyyat uğurla keçsin”.

Xəstənin təlaşını özünəməxsus təmkinliklə qarşılayan cərrah Cəfər Nəsirli isə əməkdar artistə ürək-dirək verərək, bunları dedi:” Qəti narahat olmayın, hər şey yaxşı olacaq, söz verirəm”.

***

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov əməliyyatdan olunub.

Bu barədə Report-a aktyorun həkimi Cəfər Nəsirli məlumat verib.

O, qeyd edib ki, İlham Hüseynovun vəziyyəti yaxşıdır: “Əməliyyat uğurlu keçdi. Xəstə bu gün reanimasiyada olacaq, sabahdan isə palataya köçürüləcək”.

Qeyd edək ki, artroz xəstəliyindən əziyyət çəkən aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunub.

Tarix
2017.07.07 / 17:41
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla