Yuxarı

Elza “Xalqın şairi”ndən niyə uzaqlaşdı? – Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti verilişlərdə Elza Seyidcahanın əyləşdiyi kürsüdə dəyərli aktrisamız, əməkdar artist Gülşad Baxşıyeva olacaq.

Bu sözləri Kult.az-a ARB TV-də yayımlanan “Xalqın şairi” adlı şeir müsabiqəsinin layihə rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərov münsif kürsüsündə əyləşən Elza Seyidcahanın proqramdan uzaqlaşmasına aydınlıq gətirərən deyib. Onun sözlərinə görə, E.Seyidcahanla bağlı heç bir problem yoxdur. Sadəcə, verilişin formatı belədir:

“Xalıqın şairi” verilişi başlamazdan əvvəl açıqlama vermişdim ki, münsif kürsüsündə şair və ədəbiyyatşünaslardan başqa bir də incəsənət nümayəndəsi olacaq. Bildirmişdim ki, bu incəsənət nümayəndəsi tez-tez dəyişəcək. Burada müğənni, bəstəkar, aktyor və ya aktrisa ola bilər. Elza Seyidcahanla bağlı heç bir problem yoxdur. Orada səslənən şeirlərdən Elza xanım özü də götürüb və musiqi bəstələyəcək. Yəqin verilişin finalında həmin mahnılar səslənəcək.

Hələ Elza xanımın iştirak etdiyi bir neçə veriliş çəkilib artıq. “Xalqın şairi” verilişini izləyənlər hələ bir neçə veriliş də Elza xanımı görəcəklər”.

M.Əsgərov əlavə edib ki, hazır çəkilmiş verilişlər efirə getdikdən sonra Elza xanımın başqa münsiflə əvəzləndiyi proqramlar efirə gedəcək:

“Gülşad Baxşıyeva “Xalqın şairi” verilişinin bir neçə bölümündə münsif olacaq. Gülşad xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professorudur. Bu dəfə incəsənət nümayəndəsi dəvət etmişik. Ola bilər, növbəti dəfə həmin kürsüdə bəstəkar, müğənni və ya başqa biri əşyləşsin. Siyahımız geniş olduğu üçün hələlik konkret kimlərin olacağını deyə bilmərəm”.

Tarix
2017.09.25 / 10:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla