Yuxarı

Oğurladıqlarını ağacın altında basdırmaq istədilər, ancaq...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə 2 maskalı şəxsin Yenikənd kəndindəki mənzillərdən birinə girərək ev sahibəsini döydüyü və oradan 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl əşyalar aparması barədə polisə məlumat verilib.

ARB TV xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Səfail Yunusov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Baxış zamanı onun yaşadığı evin həyətindəki ağacın altında bankada basdırdığı oğurluq qızıl-zinət əşyaları maddi sübüt kimi götürülüb.

İlkin təhqiqat zamanı onun quldurluq hadisəsini həmyerlisi Rahim Mirzəyevlə birgə törətdiyi, oğurladıqları pulları və qızıl-zinət əşyalarını isə aralarında böldükləri müəyyən edilib.

Mirzəyev əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkumluq həyatı yaşayıb. Martın 22-də Yenikənd kənd sakini Namiq Qubatovu qətlə yetirdiyinə görə avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində aşkar edilərək maddi sübut kimi götürülüb.

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. S.Yunusov həmin cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2017.10.13 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla