Yuxarı

Zarat kəndində güclü yanğın başlayıb

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-də axşam saatlarında Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın başlayıb.

Axar.az xəbər verir ki, dənizkənarı ərazidə kol-kos və quru otun yanması ilə başlayan yanğın hazırda geniş sahəyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin Siyəzən, Xaçmaz, Şabran, Xızı rayon və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvələri əraziyə cəlb olunub.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov Azərtac-ın bölgə müxbirinə bildirib ki, yanğın yaşayış evlərindən uzaqdadır. Buna görə sakinlər üçün heç bir təhlükə yoxdur.

“Hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar. Havanın küləkli olması işi çətinləşdirir. Kənd üçün heç bir təhlükə yoxdur”, - deyə V.Şahbazov bildirib.

Tarix
2018.09.15 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla