Yuxarı

Bu ölkədə Nəsiminin heykəli ucaldılır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə Nəsiminin heykəli ucaldılır

Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün hazırlıq işləri tamamlanmaq üzrədir.

Azərtac xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev işin gedişatı ilə maraqlanmaq üçün heykəlin müəllifi Ukraynanın xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovun emalatxanasında olub. S.Qurbanov məlumat verib ki, tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur. Yaz aylarında iş təhvil veriləcək.

Xatırladaq ki, Nəsiminin heykəlinin ucaldılması ilə bağlı səfirliyimizlə Kiyev şəhər Dövlət Administrasiyası arasında ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.

Tarix
2019.03.01 / 15:23
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla