Yuxarı

Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi - Foto

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub.

Report xəbər verir ki, narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub.

Bayramla bağlı təbriki reklam löhvəsinə Marneuli Rayon İcra Hakimiyyəti yerləşdirib. Təbrikdəki səhvin əks olunduğu fotoşəkil Marneulinin Feysbuk sosial şəbəkəsi istifadəçiləri arasında fəal müzakirə mövzusu olub. Onların bildirdiyinə görə, rayon rəhbərliyi hər il Novruz bayramı ərəfəsində reklam löhvələrinin birində təbrik yerləşdirir və hər dəfə də Azərbaycan dilində yazılan sözlərdə mütləq hər hansı bir səhvə yol verilir.

Marneuli ictimaiyyətinin narazılıq və tənqidindən sonra reklam löhvəsindəki “i” hərflərinin nöqtələri yaşıl rənglə boyanıb və səhv aradan qaldırılıb.

Tarix
2019.03.18 / 16:46
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla