Yuxarı

Bulvara “güllələnmiş heykəllər” qoyula bilər... - Nazirlik

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvara “güllələnmiş heykəllər” qoyula bilər... - Nazirlik

Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərindən ibarət memorial kompleksin yaradılması Mədəniyyət Nazirliyinin qərarından asılı deyil.

Bunu Kult.az-a açıqlamasında millət vəkili Fazil Mustafanın Dənizkənarı bulvarda “Sürgün olunmuş abidələr” adlı memorial kompleks yaradılması barədə təklifinə münasibət bildirən nazirliyin mətbuat katibi İntiqam Hümbətov deyib.

O bildirib ki, belə bir kompleksin yaradılması üçün Nazirlər Kabineti qərar verməlidir:

“Millət vəkili Fazil Mustafanın təklifi müzakirə olunarsa, dəstəklənərsə və belə bir ümumi qərar olarsa, kompleks yaradıla bilər”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Dənizkənarı bulvarda “Sürgün olunmuş abidələr” adlı memorial kompleks yaradılmasını təklif edib. O bildirib ki, İncəsənət Muzeyinin həyətində saxlanılan Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəlləri erməni barbarlığını sübut etmək üçün bu kompleksdə nümayiş etdirilməlidir.

Tarix
2019.04.18 / 13:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla