Yuxarı

İçərişəhər "sensasiyası" kimin fitnəsidir?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qala divarlarının dağıdılması barədə dezinformasiya yayanlar kimin sifarişini yerinə yetirir?

“Antalya” deyincə ağlınıza nə gəlir?

Əlbəttə, dəniz, qum, çimərliklər!

Bəs, Antalya qalası necə, heç olmusunuz orada?

Dar küçələr, çoxu bərpa edilmiş evlər arasında gördüyünüz restoran və barların, əyləncə məkanların, suvenir və əntiq mallar dükanlarının sayını-hesabını apara bilmisinizmi?

Ankara qalası yadınızdamı?

Heçmi xırda kətillərdə əyləşib gözünüzün önündə bişən təamlardan dadmamısınız, araya salıb bir qədəh rakı içməmisiniz?

İstanbulun göz bəbəyi Qız qülləsinin, yaxud məşhur Qalata qülləsinin içindəki restoranlardakı ortamdan xəbəriniz varmı?

Xəbərsiz olduğunuzu zənn etmirəm, Allaha şükür, hamınız məndən çox gəzmiş, görmüş, həyatın dadını çıxarmış adamlarsınız.

Məndən də yaxşı bilirsiniz ki, tarixə maraq göstərən turistlər belə bir hovur oturmalı, bir fincan qəhvə içməli, bir tikə çörək yeməlidir.

Bəs, nədir bu “İçərişəhəri dağıdırlar”, “Qədim qala divarlarını yerlə-yeksan edirlər” hay-həşiri?

Kim dağıdır İçərişəhəri?

Kim yerlə-yeksan edir tarixin bizə əmanətini?

Söhbət qala divarlarından aralıdakı kafenin rekonstruksiyasından, əlavə olunacaq terasdan gedirsə, həmin iaşə obyektlərinin nə tikilməsi, nə də tikilməməsi prinsipial, tariximiz və cəmiyyətimiz üçün təhlükəli məsələdir.

Təhlükəli məsələ Avropa İttifaqı ilə saziş imzalanması ərəfəsində aldıqları xüsusi tapşırıqla Aslan İsmayılov kimi cəmiyyətin yumşaq damarından tutub ictimai rəyi çaşdırmaq, xalqda qəzəb yaratmaq və həmin qəzəbi hakimiyyətə yönəldib nifaq salmaq, təfriqə yaratmaq, qaşınmayan yerdən qanlı pul çıxarmaq istəyənlərin küyünə getməkdir.

O saldı bu hay-küyü!

Həm də özbaşına deyil, rütbə aldığı yerlərdən verilən tapşırıqla!

Sahibsiz itlərlə bağlı məsələ qaldırdılar, keçmədi.

Hicablı qadınlara yasaqların qoyulmasından danışdılar, tutmadı.

Öz sadiq əlaltılarını - mənfəəti naminə dədəsinin qoyduğu “Allahverdi” adından belə imtina edən uğursuz vəkili, kəmsavad hüquqşünası, psevdo-inqilabçını qabağa verdilər.

İçərişəhər qalasının tarixi bürclərindən birinin sökük, uçuq vəziyyətdə şəklini yaydılar.

Saxta çıxdı!

Məlum oldu ki, çox illər öncə Bakıda memar işləyən bir erməninin sökdürdüyü bürcün vaxtilə aparılmış bərpası zamanı çəkilən şəkildir.

Dünən İçərişəhərə press-tur təşkil olundu, kütləvi informasiya vasitələrinin əməkdaşları paytaxtımızın tarixi səmtini qarış-qarış gəzib fotolar, videolar çəkdilər, xalqa nümayiş etdirdilər.

Sosial şəbəkədən izlədiyim qədər nə qədər sadə vətəndaşımız da gedib baxıb, İçərişəhərin dağıdılmasına deyil, qorunmasına, bərpasına, abadlaşdırılmasına şahid olublar.

Yalan ayaq tutmuşdu, amma yerimədi, yeriyə bilməzdi də!

O yalanları tirajlayanlardan başqa biri - Əli Kərimli isə susub, öz Feysbuk profilindən paylaşdığı saxta şəkili silməyib, cəmiyyətdən üzr istəməyib.

İndi, siz deyin, Əli Kərimli, nədir bunun adı?

Mədəniyyətsizlikmi? Məsuliyyətsizlikmi? Düşmənçilikmi?

Bəli, mən İçərişəhərlə bağlı həssaslıq nümayiş etdirən bir sıra vətəndaşlarımızı başa düşürəm, onların səmimiyyət və tarix bilincinə əsla şübhə eləmirəm.

Məsələn, Aysel Əlizadənin!

Məsələn, Dilqəm Əhmədin!

Amma onlar saxta fotolar yaymadılar, yalan məlumatlar ötürmədilər, cəmiyyətin emosiyalarını dezinformasiyalarla körükləmədilər.

İftiranı yayan Aslan İsmayılov oldu!

Vətənsevər yurddaşlarımızı öz şantajına alət etmək üçün İçərişəhərdə canlı yayım açır, dövlətə, hakimiyyətə, polisə meydan oxuyurdu: “Mən Aslan İsmayılovam!”

Deyir, bir gün çaqqal boyaqçı küpünə düşür. Küpdən çıxanda, məlum, rəngi də dəyişmiş olur. Meşəyə qayıdır, bütün heyvanlar yığışır başına, çaqqalı tanımayıb ona heyranlıqla tamaşa edirlər. Fil də gəlib baxır, onun çaqqal olduğunu başa düşür, amma özünü o yerə qoymur. “Gəl, səni bundan sonra “Aslan” çağıraq, özün də meşənin kralı ol, mən də sənə vəzirlik edim” deyir. Çaqqal dərhal razılaşır, bir müddət beləcə keçir. Boyalı çaqqalın günü xoş! Amma bir gün meşənin dərinliklərindən başqa çaqqaların ulartısı gəlir, bu da dözə bilməyib onlara qoşulur. Fil onu basır ayağının altına, canını alır və “çaqqal olduğunu bilirdim, amma bu rəngə necə boyanmışdın, onu anlaya bilməmişdim” deyir.

Boyaqçı küpünə düşməklə kimsə sonradan aslana, şirə, pələngə, qurda çevrilmir, gərək əvvəldən “Allahverdi” olmayasan!

Biz sənin qarnının dərdini yaxşı bilir, dərini də, rəngini də yaxşı tanıyırıq, Allahverdi İsmayılov!

Tarix
2019.04.26 / 09:52
Müəllif
Taleh Şahsuvarlı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla