Yuxarı

Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, Lənkərandan qəbulda iştirak edən vətəndaşlar tərəfindən respublika üzrə mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında əlaqələrin inkişafı üçün portalın yaradılması, şəhərdə Xoreoqrafiya məktəbinin açılması, Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, cənub bölgəsi mətbəxinin ləziz nümunəsi olan ləvənginin hazırlanması ənənəsinin UNESCO-nun qeyri-maddi irs siyahısına təqdim edilməsi, “Nənələr” folklor kollektivinə xalq kollektivi adının verilməsi və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

Astara rayonundan qəbula yazılan vətəndaşların müraciətləri rayon ərazisində yerləşən tarixi abidələrin mühafizə zonalarının dəqiqləşdirilməsi, rayon MKS-ə böyük şair İmadəddin Nəsiminin adının verilməsi, mədəniyyət müəssisələrində çalışan işçilərin mərkəzləşdirilmiş qaydada attestasiyasının keçirilməsi, mədəniyyət işçilərinin fəxri adlara təqdimatı barədə olub.

Lerik sakinləri ölkə üzrə uzunömürlülər haqqında məlumat bazasının yaradılması, bölgənin uzunömürlü sakinləri haqqında filmin çəkilməsi, rayondakı Heydər Əliyev Mərkəzinə İmadəddin Nəsiminin yeni nəşr olunmuş kitablarının verilməsi, rayon ərazisində olan qədim kəhrizlərin dövlət tərəfindən qorunan abidələr siyahısına salınması, Buzeyir mağarasına gedən yolun təmir olunmasına köməklik göstərilməsi və işlə təmin olunma barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Tarix
2019.05.07 / 14:40
Müəllif
Kult.az
Digər xəbərlər

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla