Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Avqust 2019


Fransada avro şousu…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu lap əvvəldə deyim. Hamının, idman eləmək, hoppanıb-düşmək, çimmək, əylənmək, evlənmək, boşanmaq və sair kimi hüquqları vardir. Çünki sosial və siyasi statusundan öncə hamı insandır. İnsan olaraq müxtəlif tələbatları, şəxsi həyatı var…

Yəni bu çağacan iqtidarlı-müxalifətli kimsənin həyatının şəxsi tərəflərindən bəhs edən məlumatlara, video materiallara diqqət eləməmişəm. Heç bu haqda yazmağı da lazım bilməmişəm. Amma görürsən ki, elə məsələlər var onu gərək yazasan. Yazasan bilsinlər ki, görürsən. Çünki artıq məsələ o yerə çatıb ki, ağıllı-ağıllı danışan avropada oturub dövləti, onun ali rəhbərilərini söyən, guya həm də ölkə bu vəziyyətdədir deyə zülüm çəkən siyasi mühacirlər, ölkəni əməlli hədəfə alıb. Onlar artıq hətta havadarlarından daha təhlükəlidir. Məsələn, özləri eləmədikləri şeyləri eləməyin vacib olduğu barədə ordan bura dərs keçir, mesaj verirlər. Bu açıq-aydın dağıdıcılıq missiyasının icrasıdır.

***

…AXCP sədri Əli Kərimlinin hazırda Fransada yaşayan qohumu İnqilab Kərimlinin avro bükümünü dostlarının təpəsindən üzü aşağı səpməsi və ləqəblə “Ağsaqqal” çağırılması haqda videoya baxandan sonra düşündüm ki, gərək bu məsələləri artıq yazasan. Yazasan adamlar bilsin ki, onlara kimlər ağıl hocalığı edir, yol göstərir, "dövlətinizi dağıdın", "müharibə edin", "küçələrə tökülün" deyir.

…Onda da bir hirs bürüyür adamı, yazsan bir zülümdür, yazmasan başqa. Yazmasan günbəgün daha üzlü olurlar. Yazsan daha da populyarlaşırlar. O da olmur, bu da. Əlac qalır ki, məqamı gəldikcə ic üzlərini göstərəsən. Bu videoda olduğu kimi. Göstərəsən və deyəsən ki, bax ay millət, gör bunlarda sənə deyilən vətən həsrəti, sevgisi, vətəndaş hayına qalan adam sifəti görürsənmi?!

Yəni ki, gedin yeyin-için, kefdə olun. Amma Azərbaycanın, azərbaycanlıların halına yanan, dövlət dərdi çəkən rolunu oynamayın bərbad görünürsünüz.

Siz nə müxalifətsiniz, nə yaxşı insan, nə də nümunəvi vətəndaş. Siz fərdi maraqları hər şeyi üstələyən, vətən, millət sayğısı olmayan bir qrupsunuz, bircə ovuc adamsınız. Adınız “söyüş müxalifəti”. Sizin fəaliyyətiniz heç zaman bəyənilə, təqdir oluna bilməz.

Düzdür, sizi tənqidə görə layiq olmadığımız təhqirlərə məruz qoya bilirsiniz bizi. Olsun, bu hədyanlara məruz qalsaq da, dövlət satıb başa avro bağlaması səpmirik. Fəaliyyətimiz, keçmişimiz qaranlıq deyil. Vətən satmamışıq, cinsi azlıq kimi oturum almamışıq, fırıldağımız yox, dövlət yıxmaq planları qurmuruq, məqamı, yeri gəldikcə sözümüzü deyirik, inciyən inciyir, inciməyənin zehninə sağlıq söyləyirik…Biz də azıq, amma siz deyilik… Qaçmırıq, min oyundan çıxıb axşam da canlı efirə çıxıb dövləti söyüb artistlik eləmirik.

Heç viza almaq üçün rüşvət verməyə adamımız da yoxdur. Məsələn,

Beləcə… Sizlərin bir qismi Avropadan, o biri qismi Avropa qədər də Bakıdan qidalanır, cibi pullu, ruhsuz bədənsizniz, burası bəlli, amma bu qədər iyrəncə mənəzərlərdın nəyin həzzini alıb, kimdən heyif çıxırsınız orası bəlli deyil…

Nə deyəsən? Bircə istəyirsən yüksək bir mərtəbəyə qalxıb bərkdən deyəsən: Camaat, ay camaat, bunlar sizi adam yerinə qoymur. Sizdən və dövlətdən qisas almaqdan, Azərbaycanı Avropaya təhvil verməkdə, pul qazanmaqdan başqa nəsə lazım deyil bunlara. İstəyirsən adamlar bilsin ki, dövlət və millət olaraq bizim təpəmizə onda kül olacaq ki, bunların hakimiyyət və ya vəzifə arzuları reallaşacaq…

Tarix
2019.07.18 / 09:07
Müəllif
Jalə Mütəllimova
Şərhlər
Digər xəbərlər

Bakıda ağır qəza: Maşın belə aşdı - Video

Ağsuda yanğın: Helikopterlər havaya qalxdı - Video

Bakıda avtoxuliqan belə ələ keçdi

Boru partladı, prospekti su basdı - Yeniləndi

Tovuzda oğul atanı təqaüd kartına görə öldürdü

Göygöldə baş vermiş yanğın söndürüldü - Yeniləndi

Azərbaycanlı aktyor vəfat etdi

“Türkologiya” jurnalına ABŞ-da böyük diqqət

Los-Anceles sinaqoqunda Azərbaycana dair təqdimat - Foto

Xırdalanda avtomobil xəndəyə düşdü - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla