Yuxarı

Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.

Kult.az sözügedən təbrikin mətnini təqdim edir:

"Bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edirik.

Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

Təbrikdə vurğulanır ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir.

“Məmnunluqla qeyd edə bilərəm ki, Mədəniyyət Nazirliyi ilə mətbuat qurumlarının fəal əməkdaşlığı sayəsində mədəni irsimiz, incəsənətimiz geniş təbliğ edilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Bundan sonra da nazirlik olaraq bu istiqamətdə səylərimizi davam etdirərək mətbuat orqanları ilə yaxından əməkdaşlıq edəcəyik”.

Bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edir, cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram".

Tarix
2019.07.22 / 13:13
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla