Yuxarı

Buna Mehriban xanımdan çox layiq olanı tanımıram - Savelyev

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buna Mehriban xanımdan çox layiq olanı tanımıram - Savelyev

Hörmətli Mehriban xanım Əliyevanın olduqca rəmzi bir ordenlə təltif edilməsi Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanımının ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinə böyük töhfəsinə verilən qiymətdir.

Bunu Report-a rusiyalı deputat, Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə Azərbaycanın Birinci vitse-prezidentinin töhfələrindən danışan deputat "Dostluq" ordeninə Mehriban Əliyevadan daha çox layiq olan şəxs tanımadığını dilə gətirib.

“Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanımın təşəbbüsü ilə bütün dünya boyu həyata keçirilən saysız-hesabsız mədəniyyət, xeyriyyə layihələri, tədbirləri xatırlayaq. Onun birbaşa iştirakı ilə bir çox tarixi, mədəni abidələr bəşəriyyət üçün xilas edilib. İctimai inkişafın artıq əhəmiyyətini itirən Avropa modeli fonunda Azərbaycan multikulturalizminin tanıdılmasına Mehriban xanımın diqqəti isə ən yüksək təqdirəlayiqdir.

Azərbaycan kimi, Rusiya da çoxmillətli ölkə olduğundan Mehriban xanıma təqdim edilən bu orden qarşılıqlı hörmətə, bir-birimizin mədəniyyətinə marağa əsaslanan birgə tarixi keçmişimizi, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin güclənməsini ifadə edir. Odur ki, fürsətdən istifadə edərək Mehriban xanımı "Dostluq" ordeninə layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Rusiya və Azərbaycanın qardaş xalqlarının rifahı naminə möhtəşəm layihələrin yerinə yetirilməsində bundan sonra da uğurlar diləyirəm”, – D.Savelyev deyib.

Tarix
2019.08.14 / 14:16
Müəllif
Kult.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla