Yuxarı

Azərbaycan mədəniyyətinə ağır itki

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan mədəniyyətinə ağır itki

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Tahirov sentyabrın 12-də vəfat edib.

Kult.az xəbər verir ki, milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Tahir Tahirov təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz rəssam idi.

Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin “Traviata”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun “Payatsı”, F.Əmirovun “Sevil” operaları, P.Çaykovskinin “Romeo və Cülyetta”, Q.Qarayevin “Don Kixot”, “Leyli və Məcnun”, T.Bakıxanovun “Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin “Müdriklər”, İ.Əfəndiyevin “Büllur sarayda”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Fərhad və Şirin”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, H.Orucovun “Bu dünyanın adamları”, B.Vahabzadənin “Cəzasız günah”, Elçinin “Poçt şöbəsində xəyal”, H.Həsənovun “Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülməsi bunun bariz nümunəsidir.

Tarix
2019.09.14 / 10:37
Müəllif
Kult.az
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla