Yuxarı

Namus-qeyrət arxasında gizlənən qatillər – Vəkil

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkə ictimaiyyətini narahat edən əsas məsələ qadınlara qarşı şiddət hallarının artması və bunun dəhşətli qətllərlə nəticələnməsidir. Ziyalılar, millət vəkilləri, hüquqşünaslar, nüfuzlu ictimai xadimlər bu cinayətlərlə bağlı çıxış edərək, qadına şiddətin qəbuledilməz olduğunu bildiriblər.

Kult.az bəzi tanınmış şəxslərin qadın zorakılığı ilə bağlı fikirlərini təqdim edir:

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev:

Leyla Abdullayeva adlı vətəndaşımızın əri tərəfindən bıçaqlanması - (varsa) ərinə xəyanət etmiş olsa belə - hər bir halda qınanmalıdır. Xəyanətin cəzası tərk etməkdir, boşanmaqdır.

Ərlər öz arvadlarına xəyanət edəndə, hər halda, bıçaqlanacaqlarını gözləmirlər. Yoxsa ölkədə sağ kişi qalmazdı. Xəyanət edən kişinin gözünə aldığı ən çətin şeylər boşanmaqla övladlarından uzaq qalmaq və əmlak bölgüsüdür - zəhərlənmək, ya da öldürülmək deyildir, sifətə sağalmaz yara atmaq deyildir. Heç kəs gözləmir ki, xəyanət edən əri arvadı bıçaqlasın. Əfsus ki, bu məsələdə də cinsiyyətə dayanan ayrı-seçkiliyə yol verilir.

Zorakılığın pis olması və insan həyatının müqəddəs olması bir tərəfə, sırf cinsiyyət ayrımına dayanan bu cür diskriminativ cəzalandırma prinsipi olduqca ədalətsizdir.

Jurnalist, radio aparıcısı Tural Yusifov:

Yaşaya bilmirsənsə, boşan. Övladların varsa, qadını öldürüb özün həbsxanaya gedəndə onların yiyəsiz qalacağını düşün. İnsan ol! “Allah bilir nə edib”, “günah öləndə olar”, “qeyrətini təmizlədi” demə və qınama. İnsan ol! Öldürmə, yaşat! Nifrət etmə, sev! Susma! Görməzdən gəlmə! Qadına şiddət varsa, müdaxilə et! Qadını öldürmək şərəf məsələsi deyil. “Namus üstündə öldürdüm” deyənlər sadəcə özlərinə haqq qazandırmaq istəyirlər. Fiziki zəif olanı əzmək, döymək, öldürmək kişilik deyil. Yaşa, sev və qoru!

“Nəyimə lazımdır?”, “özləri bilər”, “polisə düşərəm” deyib geri çəkilmək lazım deyil. İnsan olmaq lazımdır.

Hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Könül Quliyeva:

Azərbaycanda qadına şiddət 67 faizdir. Bunun səbəbləri sırasında birinci yerdə sosial vəziyyətin aşağı olması, bunun da ailə fərdlərinə psixoloji təsir göstərməsi, ailə üzvlərini aqressivləşdirməsi gəlir. Sorğu nəticəsində məlum olub ki, şiddət göstərənlərin bir çoxu uşaqlıqdan zorakılıq qurbanı olub deyə bu da onların gələcək həyatına təsir edib. Bir qrup şəxs isə zorakılığı mədəniyyətin bir qolu kimi qiymətləndirir.

Bu gün qanunlarımızda çox cüzi boşluqlar olmasına baxmayaraq, qanuni cəhətdən vəziyyət tənzimlənir. Bu gün kişilər adətən qadın ölümləri ilə bağlı hakim qarşısına çıxarılan zaman müəyyən güzəştlər, endirimlər əldə edə bilmək üçün namus, qeyrət kimi faktorlardan istifadə edirlər. Qanunvericilikdə heç bir halda əxlaqsızlıq və ya namusa görə cinayət törətmiş şəxslərə güzəşt nəzərdə tutulmur. Lakin ictimai qınağa görə bu cür məişət zorakılığı hallarına “namus” adı verilir. Qadın ölümləri ilə nəticələnən əksər məhkəmə işlərində kişilərin gətirdiyi əsas arqument “namus-qeyrət” məsələləridir. Ailədaxili problem səbəbindən həyat yoldaşını öldürmüş kişilər məhkəmə salonlarında adətən namus və qeyrət arxasında gizlənir. Lakin bir çox hallarda göstərilən bu səbəblər özünü doğrultmur.

Qeyd edək ki, oktyabrın ilk ongünlüyündə ölkədə 12 qadın məişət zorakılığına məruz qalıb, onlardan 4-ü həyatını itirib.

Tarix
2019.10.10 / 23:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla