Yuxarı

Yalçın Rzazadə Bakıya qayıtdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalçın Rzazadə Bakıya qayıtdı

Üç aydır Türkiyədə müalicə olunan xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bunu Report-a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.

O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır: "Şükür Allaha ki, atamın səhhəti normaldır, evdədir. Rahat yeriyir və qida qəbul eləyir. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Tarix
2019.10.15 / 12:15
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla