Yuxarı

Əliyev bunu ölkənin ən ağır vaxtında etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev bunu ölkənin ən ağır vaxtında etdi - Foto

Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib:

“Bu gün üçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi dalğalandığı gündür. 1918-ci ildən 100 il keçir, amma bu bayraq elə vaxt olub səmada, elə vaxt olub ürəklərdə dalğalanıb. “Bir daha yüksələn bayraq bir daha enməz” şüarını ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ən ağır vaxtlarında Naxçıvanda həyata keçirib. 1991-ci ildə Naxçıvan Ali Məclisi bayrağımızı ilk dəfə olaraq Sovet İttifaqında müstəqil bir dövlətin bayrağı kimi dalğalandırıb. Bu da əslində hakim rejimə qarşı bir üsyan, onun yoxluğuna imza atan bir addım idi.

Bu gün Azərbaycanın bayrağı müxtəlif konfranslarda, forumlarda dalğalanır, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qəbul edilməsi üçün əlindən gələni edir, bütün xalqımız da bu yolda cəsarətlə və inamla addımlayır”.

Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri səsləndirilib, “Dalğa” rəqs ansamblının ifasında rəqslər nümayiş olunub. “Sabah” qruplarının tələbələrinin hazırladığı tamaşa nümayiş olunub. Tədbir “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Tarix
2019.11.08 / 17:51
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla