Yuxarı

Anarın təklif etdiyi yerdə Mirzə Cəlilin heykəl qoyula bilər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anarın təklif etdiyi yerdə Mirzə Cəlilin heykəl qoyula bilər

Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Hazırda Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C.Məmmədquluzadənin heykəlin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib:

“Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata keçiriləcək”.

V. Əliyev heykəlin ucaldılacağı məkanın hələ müəyyənləşmədiyini də vurğulayıb:

“Yalnız ekspertlərin rəyi nəticəsində heykəlin yeri müəyyənləşdiriləcək. Tağıyevin heykəlinin Bəhram Bağırzadənin təklif etdiyi yerdə qoyulması fikri qəbul olundu. Ola bilsin ki, Anarın verdiyi təklif də ekspertlər tərəfindən qəbul olunsun və heykəl onun dediyi yerdə ucaldılsın”.

Qeyd edək ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə AYB sədri, xalq yazıçısı Anar Bakıda C. Məmmədquluzadənin heykəlinin ucaldılması təklifi ilə çıxış etmişdi. O, ədibin heykəlinin Qoşa Qala qapısının qarşısında, Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulmasını təklif etmişdi.

Tarix
2019.11.18 / 17:15
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla