Yuxarı

İlham Rəhimov tanınmış professoru təbrik etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimov tanınmış professoru təbrik etdi

Hüquq elmləri doktoru, professor İlham Rəhimov AMEA-nın müxbir üzvü, BDU-nun Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri, professor Məsumə xanım Məlikovaya yubiley təbriki ünvanlayıb.

Kult.az təbrikin mətnini təqdim edir:

“Hörmətli Məsumə xanım,

Sizi 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Doğrudur, adətən xanımları ad günü münasibətilə təbrik edəndə yaşını qeyd etmirlər. Amma Siz uzun və şərəfli ömür yolu keçmiş, Azərbaycan hüquq elminə böyük töhvələr vermis ziyalısınız. Azərbaycan hüquq elminin inkişafında, onlarla hüquqşünas alimlərin yetişməsində fədakar xidmət göstərmisiniz. Respublikanın ictimai-siyasi həyatında iştirak edən yüzlərlə hüquqşünasın yetişməsində xüsusi əmək sərf etmisiniz.

Professionallığınız və yüksək şəxsi keyfiyyətləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırıb.

Siz daim tələbələrinizə xüsusi diqqətlə yanaşmışsınız. Əldə etdiyiniz bütün bu uğurlara isə əməksevərliyiniz, prinsipiallığınız, tələbkarlığınız, təmkinliliyiniz, təşkilatçılıq qabiliyyətiniz sayəsində nail ola bilmisiniz.

Hörmətli Məsumə xanım,

Sizə cansağlığı, uzun ömür, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Tarix
2019.11.25 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla