Yuxarı

Məşhur türk klipində “cırıq bayraq”: rejissor danışdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk klipində “cırıq bayraq”: rejissor danışdı - Video

“Reynmen” ləqəbli türkiyəli məşhur müğənni Yusif Aktaşın “Leila” adlı klipində Türkiyə bayrağının zədəli olması sosial şəbəkələrin məxsusən Azərbaycan seqmentində müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunun təsadüf olduğunu yazsalar da, bir çoxu görüntünü Türkiyə bayrağına hörmətsizlik kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı Kult.az-a danışan klipin rejissoru Həsən Kuyucu bayrağın küləkdən zədələndiyini deyib.

“Əlbəttə ki, bu, məqsədli şəkildə törədilməyib. Klipin beynəlxalq uğur qazanacağını düşündüyümüz üçün bayrağın görüntüsünü vermək istədik. İşlərimizə nəzər yetirsəniz, ölkəmizə aid hər hansı bir simvolu kliplərimizdə canlandırdığımızı görəcəksiniz. Belə söz-söhbətlərin müzakirəsi ölkəsini sevən və hər fürsətdə onu tanıtmağa çalışan biri kimi məni məyus edir. Hətta mən dünyaca məşhur insanları Türkiyəyə gətirib kliplər çəkirəm”, - rejissor deyib.

Qeyd edək ki, sözügedən görüntünü klipin 02:09 dəqiqəsində izləyə bilərsiniz.

Klip təxminən 20 gün ərzindən 52 milyondan çox izlənilib.

Tarix
2020.02.21 / 10:51
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla