Yuxarı

Tanınmış akademik dünyasını dəyişdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış akademik dünyasını dəyişdi

Petrologiya sahəsində tanınmış alim, "Şöhrət" ordenli, əməkdar geoloq, əməkdar elm xadimi, akademik Arif İsmayılzadə bu gün 82 yaşında vəfat edib.

Bu barədə Kult.az-a AMEA-dan məlumat verilib.

Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alim 1959-cu ildən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışıb.

1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin eksperti olub.

2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya seksiyasının rəhbəri təyin edilib. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olub.

1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi idi.

Tarix
2020.04.09 / 23:40
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla