Yuxarı

AYB-dən Kann festivalına etiraz: Bu film...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-dən Kann festivalına etiraz: Bu film...

Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann film festivalına və Fransanın Azərbaycandakı səfirliyinə bəyanat ünvanlayıb.

Kult.az xəbər verir ki, bəyanatda erməni rejissorun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkdiyi filmin Kann festivalının proqramına salınmasına etiraz bildirilir.

Bəyanatda deyilir: “Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri tamamilə təhrif edir, separatçılığın təbliğinə əsaslanan status kvonun möhkəmlənməsinə xidmət edir”.

Bəyanatda diqqətə çatdırılır ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağdakı qondarma qurumu tanımır: “Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddir. Biz Kann festivalı kimi mötəbər bir tribunadan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etirazımızı bildiririk”.

Tarix
2020.06.27 / 18:29
Müəllif
Kult.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla