Yuxarı

Vətənin abidələrini modaya daşıyan 16 yaşlı modelyer - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətənin abidələrini modaya daşıyan 16 yaşlı modelyer - Foto

Sosial şəbəkələrdə məktəbli Zümrüd Ağasıyevanın maraqlı əl işləri paylaşılıb.

Kult.az xəbər verir ki, Azərbaycan abidələrinin geyim formasında eskizini hazırlayan 16 yaşlı gələcək modelyer fikirlərini və gələcəklə bağlı planlarını paylaşıb.

"Moda dizaynında eskizdə ruhlanma anlayışı var. Təbiətdən, heyvanlardan, tikililərdən və ya daha fərqli şeylərdən ilhamlanıb bunu eskiz üzərində öz yaradıcılığınızla birləşdirib tətbiq edə bilərsiniz. Mənim hədəflərimdən biri uğurlu modelyer olmaqdır. Gələcəkdə də Azərbaycanla bağlı bir kolleksiya hazırlamağı planlayırdım ki, bəzi geyimləri indidən çəkmək qərarına gəldim. Bu rəsmlərdə ancaq tarixi abidələrdən yox, həm də tanınmış və Azərbaycanı təmsil edən fərqli tikililərdən ilham almışam.

Eskizlərimin belə çox insanın marağını doğuracağına inanmazdım. Gələcəkdə təhsilimi və həyatımı İtaliyada davam etdirməyi planlaşdırıram. Əlbəttə ki, işlərimdə məni məmnun edəcək səviyyəyə gəldikdə Azərbaycanla bağlı kolleksiyalar hazırlayıb dünyaya təqdim edəcəm və Qarabağda şirkətimin bir fillialını açacağam. Ölkəmizdə bu sahədə gedib maariflənib, prossesləri izləyə biləcəyimiz bir şirkət olmadığını nəzərə alaraq, bunu həm də moda sahəsinə həvəsi olan gənclər üçün edəcəm", - deyə Z.Ağasıyeva qeyd edib.

Tarix
2021.01.13 / 18:59
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla