Yuxarı

Vətən müharibəsilə bağlı filmlərimiz ekranlara çıxır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsilə bağlı filmlərimiz ekranlara çıxır

Azərbaycan xalqı 30 il doğma torpaqlarına həsrət qaldı, həmin torpaqlar uğrunda igid oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldı. Bu həsrət uzun illər çəksə də, qələbəmizi 44 gün müddətində qazandıq. 44 gündə Azərbaycan xalqı dəhşətli faciələr yaşadı, heç kimin təsəvvür belə edə bilməyəcəyi, yalnız filmlərdə gördüyü hadisələrlə qarşılaşdıq. Yaşananları gələcək nəsillərin də bilməsi, bu hadisələrin yaddaşlardan silinməməsi üçün filmlər çəkilməli, teatrlarda tamaşalar hazırlanmalı, kitablar yazılmalıdır. Maraqlıdır ki, bu sahədə hansı işlər görülür.

Kult.az xəbər verir ki, kinorejissor Cəmil Quliyev Modern.az-a açıqlamasında mövzu ilə bağlı hazırda Mədəniyyət Nazirliyində bir çox layihələrin həyata keçirildiyini və müsabiqələr də elan edildiyini deyib:

“Eyni zamanda bizim studialar, televiziyalarda maraqlı layihələr hazırlayır. İkinci Qarabağ savaşı və 44 gündə yaşadıqlarımızla əlaqədar çox maraqlı filmlər ərsəyə gələcək. Hazırda "Salnamə”, "Azərbaycan Film”kinostudialarında Vətən müharibəsi ilə bağlı filmlər çəkilir. Bu filmlər bizim şəhidlərimizə, qazilərimizə həsr olunub və çox maraqlı layihələrdir. Mart ayından sonra, filmlərin ilk nümayişləri olacaq”.

Rejissor Pərviz Həsənov da yeni layihələrin hazırlandığını deyib:

"İkinci Qarabağ savaşında yaşananları unutmaq çox çətindir, bununla bağlı layihələr hazırlanır. Məndən öncə həmkarlarım da müxtəlif filmlər çəkiblər terrorla, müharibə ilə bağlı və bu filmlərin davamı olacaq. Mən hazırda sənədli film üzərində çalışıram, mövzusu isə Gəncə və Bərdədə baş verən terrorla əlaqəlidir. Çəkilişlər artıq bitib, ayın sonunda yayımlanacaq”.

Tarix
2021.02.21 / 14:10
Müəllif
Kult.az
Digər xəbərlər

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla