Yuxarı

Tanınmış meyxanaçı saxlanıldı - Təfərrüat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış meyxanaçı saxlanıldı - Təfərrüat

15:43

Tanınmış meyxanaçı Cavid Sumqayıtlının Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Cavid Sumqayıtlının saxlanılması yeni xəbər kimi təqdim edilsə də, o, bir neçə ay əvvəl polisə aparılıb. Əldə edilən məlumata görə, meyxanaçı saxlanılarkən üzərində külli miqdarda narkotik maddə aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Məlumata görə, artıq istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlama da bu məlumat təsdiqləyir. Açıqlamada deyilir ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib:

"Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib".

Tarix
2021.10.18 / 20:18
Müəllif
Kult.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla