Yuxarı

Qala divarlarını yazanlar polis bölməsinə aparıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qala divarlarını yazanlar polis bölməsinə aparıldı - Foto

Xəbər verdiyimiz kimi, İçərişəhərin Qala divarlarının yazılaraq korlanması faktı aşkarlanmışdı. Aparılan axtarışlar nəticəsində hadisəni törədənlər tapılıb.

Kult.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qala divarlarında qrafit şəklində yazıların aşkar olunması faktı polis əməkdaşları tərəfindən araşdırılıb və qala divarlarının ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazılması müəyyən edilib.

Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.

Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müqavilə bağlamış bərpa şirkəti ilə birgə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən dəymiş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Tarix
2022.07.26 / 20:30
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla