Yuxarı

Azərbaycanın əməkdar rəssamı vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın əməkdar rəssamı vəfat etdi

Əməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.

İ.Məmmədov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.

Rəssamın Türkiyədə (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim Vətənim" (2016, 2020, Bakı) adlı fərdi sərgisi kecirilib.

İ.Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.

Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.

İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

Tarix
2024.06.23 / 12:36
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla