Yuxarı

Yığmamızın 4 üzvü karyerasını başa vurur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks üzrə Azərbaycan yığmasında ciddi dəyişikliklər baş verəcək.

Bu barədə məlumatı APA-ya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

O bildirib ki, Rio Olimpiadası başa çatdıqdan sonra 4 boksçumuz karyerasını bitirmək haqda qərar veriblər.

Bunlar Avropa Oyunlarının qalibi 30 yaşlı Albert Səlimov (60 kq), həmin yarışın çempionu və Rio-2016-nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor (64 kq), Bakı-2015-in qızıl medalçısı, 28 yaşlı Abdulqadir Abdullayev (91 kq) və ikiqat dünya çempionu, Avropanın ən güclüsü, həmçinin London-2012-nin və Bakı-2015-in bürünc medalçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdu (+91 kq).

Səfərovun sözlərinə görə, bu boksçuların gedişi komandada hansısa çətinlik yaratmayacaq və onları əvəzləyə biləcək idmançılarımız var. Baş katib, onu da bildirib ki, Abdullayev karyerasını bitirdiyindən, Olimpiya mükafatçımız Teymur Məmmədov yenidən öz doğma çəkisi – 91 kq-a qayıdacaq.

Qeyd edək ki, Məmmədov London Olimpiadasından sonra 81 kq çəki dərəcəsində döyüşürdü.

Tarix
2016.08.25 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla