Yuxarı

"Qarabağ" əla komandadır, “Mançester”i parçalayın"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" çox yaxşı komandadı, əla oyunçuları var. Onları təbrik edirəm.

APA-nın məlumatına görə, bu sözlər "Höteborq"un baş məşqçisi Yorgen Lennartssona məxsusdu.

Avropa Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"ın qonağı olan İsveç klubu meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

İlk matçda 1 topla qalib gələn "Höteborq" bununla da avrokuboklarla vidalaşıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Lennartssonun məğlubiyyətə belə şərh verib: "Bu gün "Qarabağ" güclü idi. Qalibiyyətə layiq idi. Rəqibin çox keyfiyyətli oyunçuları var. Əslində, matça yaxşı başlamışdıq. Lakin künc zərbəsindən buraxılan qoldan sonra oyunun sürətinin artmasının qarşısını ala bilmədik. Sizin 20 nömrəli futbolçunuz (Riçard Almeyda) Premyer Liqada da oynaya bilər".

- Meydançanın durumu oyununuza təsir etdimi?

- Hər iki komanda üçün eyni səviyyədə problem yaratdı. Bundan şikayət edə bilmərəm.

- Dünən əhvalınız yaxşı idi. İndi necəsiniz?

- Bu gün məğlub olduğumuz üçün üzgünəm. Amma yaxşı komandaya uduzanda, bunu qəbul etmək lazımdı.

- Oyundan əvvəl belə nəticə gözləyirdinizmi?

- Ümid edirdik ki, növbəti mərhələyə biz keçəcəyik. Amma erkən vurulan 2 qol planlarımızı pozdu. Avropa Liqasının qrupunda komandanıza uğurlar. "Mançester Yunyted"lə qarşılaşsanız, onları... (əli ilə biədəb işarə göstərib, gülür). Özünüz bildiz də?

Tarix
2016.08.25 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla