Yuxarı

Mikayıl Cabbarov idmançılarla görüşdü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan "Rio-2016" Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təhsil naziri bildirib ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub.

Nazir qeyd edib ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançılardan 3 nəfər Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.

Görüşdə "Rio-2016 "Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əliyev, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev və "Rio-2016" Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov iştirak ediblər.

Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.

Tarix
2016.09.24 / 15:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla