Yuxarı

Medalı alındı: pulu da geri alınacaq? - Nazir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitali Rəhimovla bağlı məsələnin arxasında nələrin olduğunu araşdırmalısınız. Mən bu məsələyə sadəcə fikir bildirə bilərəm.

Report-un məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi bildirilən yunan-Roma güləşçisi Vitali Rəhimovun gümüş medalının qaytarılması ilə bağlı danışarkən deyib.

A.Rəhimov idmançının apelyasiyaya şikayət edə biləcəyini söyləyib:

"Hər bir idmançının buna hüququ var. Biz də onun tərəfdarıyıq. Qanında prob B tapılıb, bu da çox ağırdır. Vitali isə bu dərmanı qəbul etmədiyini, buna məcbur olunmadığını da deyib. Bizim güləşdə bu dərmanı qəbul etməyə ehtiyac da yoxdur. Çünki heç bir effekt vermir. Həmin məhsulun idmançının qanına necə düşdüyü ilə biz də maraqlanırıq. Hər bir idmançıya inanırıq. Digər tərəfdən isə prob B açılıb. Həmişə olduğu kimi, Dünya Anti Dopinq Agentliyinə suallar daha çoxdur. Bu suallar da qalmaqdadır".

O, idmançının olimpiya medalını qaytarmaqda vasitəçi ola bilməyəcəyini də deyib:

"Sadəcə, bizdən medal tələb olunsa, biz də idmançıdan tələb edəcəyik. Biz Beynəlxalq Olimpiya Komitəsinin tabeliyindəyik. Ali qurum medalı qaytarmağı tələb edərsə, bunu etməliyik. Bu məsələdə heç bir mübahisə ola bilməz".

A.Rəhimov güləşçinin olimpiya medalı qarşılığında dövlət və MOK-dan aldığı pul mükafatının geri alınmayacağını da əlavə edib:

"Çünki mən Vitalinin bu medalı böyük zəhməti hesabına qazandığına inanıram. Onun "Pekin-2008"dəki çıxışı indiyədək də gözümüzün qabağındadır. O, medala layiqdir".

Tarix
2016.11.21 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla