Yuxarı

Almanlar qarşımıza onları çıxaracaq – Heyət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniyanın təxmini heyəti açıqlanıb.

APA xəbər verir ki, Almaniya mətbuatı Bundestimin sabahkı qarşılaşmada 4-5-1 taktiki sxemi ilə meydana çıxacağını yazıb.

Zədəli Manuel Noyerin yoxluğunda çərçivəni Mark-Andre Ter Ştegenin qoruyacağına şübhə yoxdu.

Müdafiə xətti bütünlüklə Bundesliqada çıxış edən futbolçulardan ibarət olacaq. Mərkəzdə Jerom Boatenqi kimin əvəzləyəcəyi də bəllidi. Mats Hummelsə arxa xətdə Benedikt Hövedes tərəfdaşlıq edəcək. Yonas Ektor sol, Coşua Kimmix isə sağ cinahda komandamızın hücumlarının qarşısını almağa çalışacaqlar.

Baş məşqçi Yoahim Löv yarımmüdafiə xəttini iki hissəyə böləcək. Sami Xedira ilə Toni Kroos yarımmüdafiənin mərkəzində yer alacaqlar. Onların vəzifəsi həm yığmamızın hücumları zamanı müdafiə xəttinə kömək etmək, həm də orta sahədən oyun qurmaq olacaq.

Yüngül zədəsi olduğu üçün iştirakı sual altına düşən Məsut Özilin durumundan çox şey asılıdı. Türkiyə əsilli yarımmüdafiəçi hazır olarsa, pleymeyker funksiyasını yerinə yetirəcək. Cinahlarda isə Yulian Drakslerlə Tomas Müller hücuma dəstək verməyə çalışacaqlar.

Məşqçilər korpusu hücumun sivri ucunda Mario Qomesi oynatmağı planlaşdırır. Təbii ki, sabaha qədər zədəsi tam sağalarsa. Belə olacağı təqdirdə, Qomes qapımıza ən yaxın oyunçu olacaq. Əgər "Volfsburq"un forvardı matça yetişməzsə, Löv heyətdə bəzi yerdəyişmələr etməli olacaq. Belə ki, bu halda Müller hücumda yer alacaq, yarımmüdafiənin cinahında isə onu ya Leroy Sane, ya da Andre Şürrle əvəz edəcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Almaniya görüşü saat 21:00-da start götürəcək.

Tarix
2017.03.25 / 16:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla