Yuxarı

“Traxtur” Tehranın “İstiqlal”nı şumladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində Təbrizin "Traxtur" komandası ilə Tehranın “İstiqlal” klubu qarşılaşıb.

Musavat.com xəbər verir ki, Təbrizin "Səhənd" stadionunda baş tutan görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Yerli komandaya qələbə qazandıran qol oyunun 87-ci dəqiqəsində Məhəmməd İbrahimi tərəfindən vurulub. Bununla da “Traxtur” ən prinsipial və həlledici görüşdə qələbə qazanaraq, 53 xalla turnir cədcəlinin 2-ci pilləsinə yüksəlib.

“Traxtur”-“İstiqlal” görüşündə təxminən 50 min nəfər tamaşaçı qismində iştirak edib.

“Traxtur” tərəfdarları bundan öncə elan etdikləri kimi, aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü münasibəti ilə stadiona qara geyimlərlə gəlib və qara bayraqlar qaldırıblar. Komanda isə yığılan vəsaitin faciədən zərər çəkənlərə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, "Traxtur"un bu qərarından sonra oyunu canlı izləmək imkanı olmayan təbrizlilər də bilet almağa başlamışdılar.

Tarix
2017.04.20 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla