Yuxarı

Ermənilər çalışdı, ancaq Ağdam bacardı – İndependent

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Dağlıq Qarabağ Respublikasının futbolunun yaşamağa can atdığı bir vaxtda Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasında iştirak edir, Azərbaycan Respublikasını Avropada layiqincə təmsil edir.

Axar.az xəbər verir ki, bu haqda Britaniyanın Azərbaycanın işğal altında olan torpaqları haqda reportaj hazırlayan İndependent nəşrinin jurnalisti Robert O’Konnorin məqaləsində qeyd olunub. Müəllif yazıb ki, Dağlıq Qarabağın separatçı rejimi UEFA-ya üzv olmağa çalışır:

“Separatçı rejimlə UEFA arasında olan danışıqlar 2016-cı ilin noyabrında start götürüb, amma erkən səviyyədə də qalıb”.

“Qarabağ futbol federasiyası”nın prezidenti Samvel Karapetyan bu haqda danışarkən jurnalistə belə deyib:

“Əsas mərhələ ilkin addımı atmaq idi. UEFA-ya lazımi müraciətlər artıq ünvanlanıb. Bilirik ki, müharibə müvəqqəti olan bir şeydir. Gələcəkdə “Artsax”ın milli komandası Avropa və dünya çempionatlarında iştirak edə biləcək. Bir gün bizim üzvlüyümüz də tanınacaq. Çünki hər kəs bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır”.

Məqalədə AFFA-nın 2002-ci ildə FİFA-ya müraciət edərək qondarma Dağlıq Qarabağ Respublikası komandasının Ermənistan çempionatında oynamasına qadağa qoyulmasını istədiyi də yer alıb:

“Ona görə də indi yerli komanda təsadüfi yoxlama görüşlərində oynayır. Bu da o halda mümkün olur ki, kimsə İrəvandan 6 saatlıq yolu səbirlə qət edərək Xankəndinə gəlir”.

İşğal olunmuş torpaqlarımızdan reportaj hazırlayan jurnalist Xankəndindəki stadionun çirkli olduğunu və bunun da o stadiondan artıq uzun müddətdir ki, istifadə olunmadığı anlamına gəldiyini vurğulayıb.

Təəssüfedici odur ki, müəllif Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat versə də, Dağlıq Qarabağ haqda "respublika" sözündən istifadə edib və onun heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmadığını yazmayıb. Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyünün qorunması vacibliyi də xatırladılmayıb.

Tarix
2017.04.24 / 15:42
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla