Yuxarı

Bakıdan yaxşı nəticə ilə qayıtmaq istəyirik - Manzaroli

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İrlandiya ilə görüşün ilk 70 dəqiqəsində qol buraxmamağımız bizim üçün yaxşı göstəricidir. San Marinonun futbol baxımdan böyük perspektivi yoxdur. Əlimizdəki futbolçularla Azərbaycanla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq.

Qol.az-ın məlumatına görə, bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.

Qırx səkkiz yaşlı mütəxəssis sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək matçdan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. Bildirib ki, son dövrlərdə əldə olunan nəticələr Azərbaycanın futbol ölkəsi olmasının sübutudur: "Azərbaycana qarşı böyük hörmətimiz var. Bilirik ki, Azərbaycan futbol ölkəsidir. Son vaxtlar əldə olunan nəticələr də bunun sübutudur. Lakin biz burdan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Sabahkı matç bir növ bizim üçün döyüş olacaq. Rəqibin heyətindəki itkilərdən xəbərdaram. Özüm də bu halla dəfələrlə üzləşmişəm. Ümid edirəm ki, Robert Prosineçki layiqli əvəzləyicilər tapacaq".

Tarix
2017.09.03 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla