Yuxarı

Neymar mətbuat konfransında ağladı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya milli komandasının futbolçusu Neymar mətbuat konfransında göz yaşlarına hakim ola bilməyib.

Report-un məlumatına görə, bu, "pentakampeonlar"ın Yaponiya üzərində 3:1 hesablı qələbə qazandıqları yoldaşlıq görüşündən sonra baş verib.

Baş məşqçi Tite 25 yaşlı hücumçu ilə aralarında problemin olduğuna dair xəbərlərə münasibət bildirdiyi vaxt Neymar ağlayıb. 56 yaşlı mütəxəssis deyib: "İnsanlar Neymarla problemimin olduğunu daim qabardırlar. Belə söz-söhbətləri eşitməkdən bezmişəm. Heç birimiz ideal deyilik. Neymarın böyük ürəyi var".

Bu sözlərdən sonra forvard göz yaşları içində baş məşqçiyə təşəkkür edərək, konfrans otağını tərk edib.

Qeyd edək ki, Yaponiya ilə qarşılaşmada Neymar iki penaltidən birini dəqiq yerinə yetirdiyi halda, digərindən yararlana bilməyib.

Tarix
2017.11.11 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla