Yuxarı

“Qarabağ”-“Çelsi” matçı: azarkeşlər narahatdır...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” oyununun baş tutmasına 2 gün qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava durumu ilə bağlı verdiyi açıqlama oyunu səbirsizliklə gözləyən azarkeşləri bir qədər məyus edib. Azarkeşləri narahat edən əsas məsələlər həm gediş-gəliş, həm də stadionda islanmaqdır.

Bakı Olimpiya Stadionundan Axar.az-a verilən məlumata görə, azarkeşlərin rahat gediş-gəlişi üçün BNA tərəfindən 400-dən çox ekspres avtobus ayrılıb:

“Ümid edirik ki, hava şəraiti oyunun keçirilməsinə mənfi təsir etməyəcək. Amma havanın yağmurlu olması səbəbindən azarkeşlərin islanmaması üçün hər hansı tədbir görmək imkanımız xaricindədir”.

Qeyd edək ki, noyabrın 22-si, saat 21:00-da Bakı Olimpiya Stadionunda “Qarabağ”-“Çelsi” oyunu keçiriləcək. ETSN həmin gün Bakıda gün ərzində şimal-qərb küləyinin güclənəcəyini, axşam yağış yağacağını açıqlayıb.

Tarix
2017.11.20 / 19:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla