Yuxarı

“Beşiktaş”ın matçı yeni siyasi xaosa səbəb olacaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında İstanbulun “Beşiktaş” klubunun püşkatmadan sonra Almaniya çempionu “Bayern Münhen” ilə qarşılaşacaq olması 20 il əvvəl baş vermiş “Aldi” qalmaqalını gündəmə gətirib.

Axar.az xəbər verir ki, 1997-ci il sentyabrın 17-si “Beşiktaş” Almaniyada “Bayern”in qonağı olub. Qarşılaşma zamanı alman azarkeşlər “Aldi” marketlər şəbəkəsinin torbalarını nümayiş etdiriblər.

“Aldi” Almaniyanın ucuz marketlər şəbəkəsi olaraq məşhurdur. Bu ölkədə yaşayan türk əhali alış-veriş məqsədi ilə əsasən həmin marketlərə üz tuturdu. Almaniyada isə türkləri alçaltmaq məqsədi ilə bəzi qüvvələr tez-tez marketin torbalarından istifadə edirdilər. Bunu nəzərə alan “Bayern” azarkeşləri türk azarkeşləri alçaltmaq məqsədi ilə stadiona həmin torbalarla gəlib. Qarşılaşmanı 2-0 hesabı ilə qazanan “Bayern”in azarkeşləri torbaları qaldıraraq “Aldi”yə gedə bilərsiniz, sizin yeriniz oradır” şüarları səsləndiriblər.

Yaşanan hadisələrdən sonra Türkiyə və Almaniya arasında gərginlik yaşanıb. Türkiyə edilənləri irqçi münasibət olaraq qiymətləndirib və Almaniyaya sərt reaksiya verib.

“Bayern” azarkeşləri baş verənləri zarafat olaraq qələmə versə də, həmin gün dərc olunan “Hürriyət” qəzeti informasiyanı “İrqçilik yüksəlir” başlığı ilə yayımlayıb.

Tarix
2017.12.12 / 16:50
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla