Yuxarı

Millimizin hücumçusu klubdan qovuldu - Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi “Ayntraxt” klubundan qovulub.

APA-nın məlumatına görə, buna futbolçunun intizamsızlığı səbəb olub.

Əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən forvardın komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbr kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz qərarın qəti olduğunu bildirib: “Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.

2020-ci ilin iyununa qədər “Ayntraxt”a bağlı olan Renatla bağlı qərara əsas komandanın baş məşqçisi Niko Kovaç da etiraz etməyib: “Rəhbərliyin Dadaşovla bağlı qərarından xəbərim var. Bununla tam razıyam”.

Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Bu, həmyerlimizin ilk intizamsızlığı deyil. Bir neçə həftə əvvəl məşqdə komanda yoldaşına qarşı kobudluq edən millimizin üzvü onu zədələmişdi. Bu hərəkətindən sonra isə köməkçi məşqçi ilə mübahisə edərək, onu təhqir etməkdən də çəkinməmişdi.

Tarix
2018.03.19 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla