Yuxarı

Azərbaycan kifayət qədər sürətli, texnikalı yığmadır - Kriuşenko

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 23-də Bakıda Azərbaycan, 27-də isə Lyublyanada Sloveniya millisi ilə yoldaşlıq oyunları keçirəcək Belarus millisinin baş məşqçisi İqor Kriuşenko sınaq matçları öncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın yaydığı xəbərə görə, yerli jurnalistlərin suallarını cavablandıran mütəxəssis qarşıdakı yoxlama oyunlarındakı rəqiblərini müqayisə edib.

O, Sloveniyanın millimizdən ustalıq səviyyəsi baxımından daha yaxşı komanda olduğunu bildirib: “Azərbaycan Millətlər Liqasında qrupdan çıxmaq uğrunda qarşılaşacağımız komandalara bənzəyir. Kifayət qədər sürətli, texnikalı yığmadır. Topa nəzarət etməyə çalşırlar. Hətta heyətində milliləşdirilmiş braziliyalı (Riçard Almeydanı nəzərdə tutur – red.) çıxış edir. Sloveniya isə Azərbaycandan daha səviyyəli komandadır. Avropanın güclü yığmalarından biridir. Biz də hazırda bu səviyyəyə çatmağa çalışmalıyıq”.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Belarus oyunu saat 20:00-da başlayacaq.

Tarix
2018.03.19 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla