Yuxarı

Çempionlar Liqasında püşk: "Qalatasaray"ın rəqibləri bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasim keçirilib. Apasport.az saytının məlumatına görə, bütün Avropanın diqqət mərkəzində olacaq tədbir Monakoda baş tutub.

Bakı vaxtı ilə saat 20:45-də başlayan tədbirdə qitənin 32 ən güclü komandasının rəqibləri bəlli olub. Bu 32 komandadan 22-si birbaşa qrup mərhələsinə yüksəlibsə, 10-u təsnifat oyunlarından keçməli olub. Qardaş Türkiyəni təmsil edən "Qalatasaray" "D" qrupunda "Arsenal", "Borussiya" və "Anderlext"lə yarışacaq.

Püşkatma nəticəsində klublar aşağıdakı qruplara bölünüblər:

A qrupu: Atletiko (İspaniya), Yuventus (İtaliya), Olimpiakos (Yunanıstan), Malmö (İsveç).

B qrupu: Real (İspaniya), Bazel (İsveçrə), Liverpul (İngiltərə), Ludoqorets (Bolqarıstan).

C qrupu: Benfika (Portuqaliya), Zenit (Rusiya), Bayer (Almaniya), Monako (Fransa).

D qrupu: Arsenal (İngiltərə), Borussiya (Dortmund, Almaniya), Qalatasaray (Türkiyə), Anderlext (Belçika).

E qrupu: Bavariya (Almaniya), Mançester Siti (İngiltərə), ÇSKA (Moskva, Rusiya), Roma (İtaliya).

F qrupu: Barselona (İspaniya), PSJ (Fransa), Ayaks (Hollandiya), APOEL (Kipr).

G qrupu: Çelsi (İngiltərə), Şalke (Almaniya), Sportinq (Portuqaliya), Maribor (Sloveniya).

H qrupu: Porto (Portuqaliya), Şaxtyor (Ukrayna), Atletik (İspaniya), BATE (Belarus).

Tarix
2014.08.28 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla