Yuxarı

Millimizin oyunçusunu sıxışdırırlar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın "Hayduk" klubunda çıxış edən millimizin hücumçusu mövsümün sonunda oradan ayrılacaq.

Axar.az xəbər verir ki, Ruslan Qurbanov ona oynamağa imkan verilmədiyini dilə gətirib:

"Gələcək karyeramla bağlı çox düşündüm və axır ki, qərarımı verdim. "Hayduk"da qalmayacam. Onlar agentimdən xahiş ediblər ki, məni razı salsın, yeni müqavilə bağlayım. Ancaq mən bu fikirdən uzağam. Görürəm ki, burda mənə istədiyim qədər oynamaq şansı vermirlər. Elə bu səbəbdən ayrılmağa qərar vermişəm. "Hayduk"la icarə müqaviləmin müddəti iyunun 15-də başa çatır. İlk olaraq, "Neftçi"yə qayıtmalıyam. Çünki bu klubla hələ 1 illik müqaviləm qalır. Millinin heyətində Norveçdən birbaşa Bakıya qayıdacam və "Neftçi" rəhbərliyi ilə görüşüb, gələcək karyerama aydınlıq gətirəcəm".

Onun sözlərinə görə, həm Xorvatiyanın, həm də Rusiyanın yüksək liqa klubları onu istəyir:

"Elə bu səbəbdən "Neftçi" rəhbərliyi ilə görüşmək istəyirəm, çünki hazırda bu kluba məxsusam. Transfer vərəqəmi alıb, azad agent olmaq üçün "Neftçi"yə pul ödəməyə də hazıram. Mənim fikrim karyeramı Avropada davam etdirməkdir".

Tarix
2015.05.22 / 08:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla