Yuxarı

İki karateçimiz Dünya Oyunlarına vəsiqə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki karateçimiz Dünya Oyunlarına vəsiqə qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində böyüklərin 25-ci Dünya çempionatının mükafatçıları İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (+84 kq) nəticələrə əsasən Dünya Oyunlarına vəsiqə qazanıblar.

Axar.az xəbər verir ki, 16-21 noyabr tarixlərində ötən mötəbər yarışa 117 ölkədən 1 054 karateçi qatılıb. Dubayda İ.Zaretska ikiqat dünya çempionu, A.Qurbanlı isə bürünc medalın (eyni zamanda komanda yarışlarında) sahibi olub.

Daha bir idmançımız Rafael Ağayevin (-75 kq) də Dünya Oyunlarına vəsiqə qazanmaq ehtimalı yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestij turnirlərdə reytinqdən və Avropa çempionatında nəticəsindən asılı olacaq.

Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində səkkiz karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk üçlük Dünya çempionatının mükafatçılarıdır. Digər üç yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlardan, bir idmançı qitə çempionu kimi, daha bir karateçi isə təşkilatçı ölkənin təmsilçisi olaraq iştirak edəcək.

Dünya Oyunları 7-17 İyul 2022-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək. Bu nüfuzlu multiidman oyunlarında 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.

Oyunların karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.

Tarix
2021.12.04 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla