Yuxarı

Qəbələdə 30 dəqiqəyə sensasiya – Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Qəbələ" - "Kəpəz" görüşündə sensasiya qeydə alınıb.

Axar.az-ın verdiyi xəbərə görə, Qəbələnin eyniadlı klubu öz meydanında Gəncə komandasına məğlub olub.

Əslində, dünən keçirilməli olan görüş qatı duman səbəbindən 30-cu dəqiqədə yarımçıq dayanıb və oyun bu günə təxirə salınıb. 30 dəqiqə ərzində cəmi bir qol vurulub. Gəncə təmsilçisinin futbolçusu Aleksandr Sitnik 2-ci dəqiqədə komandasını hesabda önə keçirib.

Bu, turun sensasiyasıdır. Bununla Roman Qriqorçukun komandası artıq üç oyundur qələbəyə həsrət qalır. "Kəpəz" isə artıq beş oyundur uduzmur.

Gəncə komandasının baş məşqçisi Şahin Diniyev deyib ki, oyun maraqlı keçib: "Komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdur. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq".

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə hesab edir ki, komandası qollar vurmalı idi: "Amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik".

Tarix
2015.11.01 / 23:19
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla