Yuxarı

"Trabzonspor" hakimlərə etirazını belə bildirdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə futbolunda növbəti maraqlı an yaşanıb.

Axar.az xəbər verir ki, öz meydanında "Osmanlıspor"u qəbul edən "Trabzonspor" komandası Türkiyədə futbol qarşılaşmalarını idarə edən hakimlərə qeyri-adi şəkildə etiraz edib.

"Trabzonspor"un futbolçuları matç başladıqdan sonra 30 saniyə ərzində meydanda hərəkət etməyiblər. "Osmanlıspor"un oyunçuları rəqibin bu addımı qarşısında hücuma keçməyiblər, belə ki, oyunçular öz mövqelərində paslaşıblar.

"Osmanlıspor"un rəqibinin etirazına dəstəyi azarkeşlər tərəfindən də alqışla qarşılanıb.

Qısa etirazdan sonra oyun qarşılıqlı mübarizə şəklində davam edib və "Trabzonspor" nəticədə rəqibinə 2-1 məğlub olub.

Qeyd edək ki, ötən həftə "Qalatasaray" və "Trabzonspor" komandaları arasında baş tutan derbidə tarixi anlar yaşanmışdı. Belə ki, matçın hakimi Salih Dursun "Trabzonspor"un 4 oyunçusuna qırmızı vərəqə göstərmiş, nəticədə də qonaqlar 7 nəfərlə qalmışdı.

Tarix
2016.02.27 / 23:52
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla