Yuxarı

Azadlığa çıxan idmançı yenidən həbs edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl məhkəmədən azadlığa buraxılan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov yenidən həbs edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Belə ki, Vüqar Kərəmovun azadlığa buraxılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından narazı qalan prokuror apellyasiya protesti verib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib və o, yenidən həbs edilib.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.

Bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını döyərək, xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Tarix
2024.04.29 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

Lukaşenko Azərbaycana gəldi

Bizim Azərbaycanla sülh yox, müharibə təcrübəmiz var

Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?

Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Səbinə Əliyeva Kazan forumunda iştirak etdi

Azərbaycana bu sahədə dəstək davam etdiriləcək - AB

Paşinyandan sülh açıqlaması: Kosmosa uçuşlar da...

Hərbi kolleclərdə təhsil almaq istəyənlərin diqqətinə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla